DÜNYA


ABŞ-ın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb

Ankara, 25 aprel, AZƏRTAC

ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı məlum açıqlamasına görə, bu ölkənin Ankaradakı səfiri David Satterfield Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

AZƏRTAC Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, ABŞ səfiri Türkiyənin nazir müavini Sedat Önal tərəfindən qəbul edilib və məlum açıqlamaya görə rəsmi Ankaranın kəskin reaksiyası diplomatik nümayəndəliyin rəhbərinin diqqətinə çatdırılıb.

Tarixi və hüquqi baxımdan heç bir əsası olmayan açıqlamanın qəbul edilməzliyi, bütünlüklə rədd edilməsi və ən sərt şəkildə qınanıldığı ifadə edilib.

Məlum açıqlamanın beynəlxalq hüquq baxımından hökmsüzlüyü, eləcə də türk xalqını dərindən incitdiyi və münasibətlərə zədə vurduğu qeyd olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.