Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ABŞ-ın Azərbaycana yüksək marağı: Bolton əməkdaşlığın üç istiqaməti haqqında

ABŞ-ın Azərbaycana yüksək marağı: Bolton əməkdaşlığın üç istiqaməti haqqında

Bakı, 8 fevral, AZƏRTAC

“Newtimes.az” portalında “ABŞ-ın Azərbaycana yüksək marağı: Bolton əməkdaşlığın üç istiqaməti haqqında” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bu il yanvarın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə etdiyi telefon zəngindən sonra siyasi və ekspert dairələrində bir canlanma müşahidə edilir. Onlar konkret olaraq ABŞ-ın Cənubi Qafqaz siyasətində hansı dəyişikliklərin baş verdiyi ilə bağlı proqnozlar verməyə çalışırlar. Maraqlıdır ki, bu hadisədən bir neçə gün öncə C.Bolton Nikol Paşinyana da zəng edibmiş. Ermənistanın baş naziri ciddi bir şeydən danışmadıqlarını desə də, ona erməni ekspertlər inanmırlar. Hesab edirlər ki, N.Paşinyan nələrisə gizlədir. Bununla yanaşı, belə təəssürat yaranır ki, C.Bolton N.Paşinyanla regional məsələləri və konkret olaraq Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyə ehtiyac görməyib. O, bu barədə əsas olaraq Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparmağa üstünlük verib. Bu reallığın fonunda Con Boltonla İlham Əliyev arasında danışıqda hansı məqamlara toxunulmasının geosiyasi analizi ciddi aktuallıq kəsb etdiyindən, bu məqam üzərində geniş dayanmağa ehtiyac görürük.

Lider imici: İlham Əliyev yüksək zirvədə

Amerika Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi siyasi və ekspert dairələrində böyük maraq doğurub. Həmin hadisədən bir neçə gün öncə C.Bolton Nikol Paşinyana da telefon edib, lakin buna fikir verən olmadı. İlham Əliyevlə olan qısa söhbətin məzmunu isə diqqətləri çəkdi.

Aydındır ki, ABŞ üçün İlham Əliyev faktoru N.Paşinyan faktorundan qat-qat yüksəkdədir. Azərbaycan Prezidenti siyasi lider, dövlət başçısı, nüfuzlu şəxsiyyət kimi N.Paşinyan kimilərdən dəfələrlə üstündür. Ekspert dairələri də yaxşı bilirlər ki, İlham Əliyevlə aparılan müzakirələrin əhəmiyyəti daha çoxdur. Bu səbəbdəndir ki, hətta Ermənistan mediası “Qarabağ haqqında niyə məhz İlham Əliyevlə danışırlar?” sualını təkrar-təkrar verir və cavab tapmağa çalışır. Bu məsələ həm də N.Paşinyanın “C.Boltonla Qarabağ məsələsini müzakirə etmədik”, deməsi fonunda erməniləri düşündürür.

Deməli, erməni ekspert dairələri üçün mənzərə aşağıdakı kimidir: ABŞ-ın yüksək səviyyəli məmuru Ermənistan tərəfi ilə münaqişə haqqında danışmaqdan çox Azərbaycanla müzakirə aparmağa üstünlük verir. Bu halda Azərbaycanın geosiyasi əhəmiyyəti Ermənistandan dəfələrlə yüksək qiymətləndirilir. Əgər Vaşinqton əsas olaraq Azərbaycanla danışmağı seçirsə, deməli, o biri tərəfi razı salmaq onlar üçün elə də çətin olmayacaq.

Biz iddia etmirik ki, ABŞ tam olaraq ədalət prinsipi üzrə münaqişəni həll etməyə çalışır. Məsələnin bu tərəfi başqa məqamlarla da sıx bağlıdır. Lakin açıq görünür ki, Amerika üçün Cənubi Qafqazda regional əhəmiyyətli geosiyasi-hərbi, iqtisadi, sosial, nəqliyyat-logistik, enerji, təhlükəsizlik kimi məsələləri Azərbaycanla müzakirə etmək ciddi əhəmiyyət kəsb edir. C.Boltonun Azərbaycan Prezidenti ilə danışığını qısa xarakterizə etməsi də bu tezisi təsdiqləyir. C.Bolton özünün tvitter səhifəsində yazıb ki, İlham Əliyevlə ikitərəfli əlaqələri, regional problemləri və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyini müzakirə ediblər.

Telefon danışığı ilə bağlı Azərbaycan tərəfinin rəsmi açıqlaması belədir: “Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib”. Yəni, Amerika və Azərbaycan tərəfinin telefon danışığı ilə bağlı yaydığı informasiya tam üst-üstə düşür.

Bunun fonunda N.Paşinyanla hansı məsələlərin müzakirə edildiyi qeyri-müəyyən olaraq qalır. Deməli, erməni tərəfi ən azından səmimi deyil. Bunun da əsas səbəbi münaqişənin həllində Ermənistanın mövqeyinin xeyli zəifləməsi ola bilər. Çünki Minsk qrupunun həmsədrləri Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını mütləq şərt kimi qoyurlar. Onların çatışmayan cəhəti Ermənistandan bu şərtə əməl etməsini qəti şəkildə tələb etməməsindədir. Bunun da səbəbi aydındır: həmsədrlər bu və ya digər dərəcədə Ermənistana havadarlıq etdiklərindən, ikili standart siyasəti yeridirlər. Ermənistana havadarlıq edildiyinin tarixi, geosiyasi və dini səbəbləri hamıya məlumdur.

Bunlar hər kəsin bildiyi həqiqətdir və bizim məhz burada onu xatırlatmağımızda əsas məqsədimiz bir tərəfdən həmsədrlərin qətiyyətsizliyini ifadə etmək, digər tərəfdən isə rəsmi İrəvanın çıxılmaz vəziyyətə düşdüyünü vurğulamaqdır. Bunun fonunda Azərbaycan Prezidentinin mövqeyinin tam obyektivliyi, səmimiliyi və ədalətliliyi ilə yanaşı, yüksək səviyyədə sülhpərvərliyi və barışa sadiqliyi ilə seçildiyini dərk etmək çətin deyil. Çünki Azərbaycan tam haqlı olduğunu bilir, buna görə də özünün ərazi bütövlüyünü bərpa etmək üçün istənilən üsuldan, o cümlədən hərbi əməliyyatlardan istifadə etmək hüququna təbii olaraq sahibdir. Ancaq Azərbaycan rəhbərliyi regional əməkdaşlığı, qonşuluq münasibətlərini, müasir dünyanın geosiyasi dinamikasını və başqa əhəmiyyətli məqamları nəzərə alaraq səbirlə təcavüzkarı düz yola gətirməyə çalışır. Ancaq bu istiqamətdə də səbrin bir sonu var.

ABŞ-ın geosiyasi seçimində yeni məqamlar: üç aspektin vəhdəti işığında

Yuxarıda vurğulanan məqamlardan Con Boltonun Azərbaycanın dövlət başçısı ilə telefon söhbətində ifadə etdiyi fikirlərin üç aspektdə əhəmiyyətli olduğu nəticəsini çıxarmaq olar. Birincisi, ABŞ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması faktı arasında sıx bağlılığın olduğunu qəbul etməyə başlayıb. Bu, geosiyasi kontekstdə ciddi önəm kəsb edir. Çünki başa düşülür ki, münaqişəni ədalətli şəkildə həll etməkdən başqa yol yoxdur. Bu qənaət birbaşa Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi uğurlardan qaynaqlanır. Yəni, Azərbaycan real olaraq bütün sahələr üzrə regionun şəksiz lideridir. Bu cür statusu olan dövlətə qarşı ədalətsiz davranmaq çox pis nəticələr verə bilər. Belə görünür ki, okeanın o tayında bunu anlamağa çalışanlar vardır.

İkincisi, ABŞ Avropanın enerji təhlükəsizliyinin təmini ilə regional geosiyasi təhlükəsizlik arxitekturasının səmərəli modelinin qurulması arasında uyğunluğun saxlanmasında Azərbaycanın həlledici rolunu anlamağa başlayıb. Bunun konkret əlamətlərindən biri Vaşinqtonun tədricən Azərbaycanın real geosiyasi statusunu qəbul etməyə doğru getdiyini nümayiş etdirməsidir. C.Boltonun zəngi məhz bu kontekstdə geosiyasi məna çaları olan olaydır. Məsələnin sırf geosiyasi qüvvələr balansını təmin etmək aspektində vacibliyi buradan aydın görünür.

Çünki öncədən ABŞ Prezidenti də daxil olmaqla, Qərbin siyasi liderləri Avropanın enerji təhlükəsizliyində Azərbaycanın həlledici rolunu dəfələrlə açıq etiraf ediblər. Aİ rəhbərliyi də dəfələrlə həmin mövqeyini açıqlayıb. Ancaq onlar bunu qeyd etməklə, Azərbaycanın layiq olduğu geosiyasi statusu tam qəbul etmək istəmirlər. Konkret desək, Ermənistanın təcavüzkarlığını müxtəlif üsullarla ört-basdır etməyə çalışırlar. Bu proses indi də gedir. E.Makronun, A.Merkelin Cənubi Qafqaza səfərlərində bunu növbəti dəfə müşahidə etdik. Lakin, görünür, Vaşinqton bu ədalətsiz vəziyyəti dəyişməyə doğru addım atmaq istəyir. C.Boltonun təhlükəsizliyin təmini ilə münaqişənin sülh yolu ilə həllini eyni məntiqi müstəvidə ifadə etməsi həmin dəyişikliyin əlaməti ola bilər.

Üçüncüsü, telefon söhbətinin məzmunu onu göstərir ki, Vaşinqton Azərbaycanla ikitərəfli əlaqələrə artıq daha böyük ölçüdə qlobal geosiyasi dinamika kontekstində baxır. Bu, belədirsə, prinsipial dəyişiklikdir. Çünki indiyə qədər Qərb dövlətləri Azərbaycan məsələsinə bir qayda olaraq postsovet məkanı miqyasında nəzər salırdılar. O cümlədən daha çox Rusiyanın Qafqazdakı maraqları prizmasından yanaşırdılar. Bu da öncədən Cənubi Qafqazın bütün dövlətlərini “eyni siyasi qəlibə” salmaq demək idi. Yəni, real vəziyyət deyil, mifik geosiyasi balansı qoruyub saxlamaq kursu götürülmüşdü. Bu cür yanaşmada təcavüzkarla onun qurbanı arasında fərq qoyulmur - abstrakt təhlükəsizlik, demokratiya, insan haqları kimi anlayışlar üzərindən siyasət yeridilir. İkili standartların mövcudluğu isə heç bu çərçivədə belə obyektiv olmağa imkan vermir. Nəticədə, təhlükəsizlik deyil, təhlükə yaranır, sülh deyil, yeni təhdidlər formalaşır, münaqişənin həlli deyil, onun daha da dərinləşməsi baş verir.

Ancaq məsələyə qlobal geosiyasi dinamikanın reallıqları müstəvisində yanaşdıqda, ağla qaranı seçmək imkanı yaranır. Konkret dövlətə konkret yanaşmaq mümkün olur. Bu baxımdan Azərbaycanın dünya siyasətinə, təhlükəsizlik məsələlərinə, əməkdaşlıq modellərinin inkişafına verdiyi töhfələrlə regionun digər iki ölkəsinin (Ermənistan və Gürcüstanın) cəm halında verdiyi töhfələr müqayisə belə oluna bilməz. Azərbaycan onların cəmindən qat-qat üstün səmərə verir. Bu səbəbdən də Azərbaycanla regionun aparıcı ölkəsi kimi münasibət qurmaq bütövlükdə dünya üçün sərfəlidir.

Beləliklə, əgər Con Bolton dediklərində səmimidirsə və Vaşinqtonun Cənubi Qafqaz siyasətində ola biləcək dəyişikliklərin müjdəsini veribsə, onda regional miqyasda geosiyasi mənzərədə keyfiyyətcə yeni səhifə açıla bilər. Sülh, barış, əməkdaşlıq səhifəsi. Və bu səhifənin memarı Azərbaycan Prezidentidir!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar

Aşqarlar Kimyası İnstitutunda tədbir: “Vətənə, xalqa həsr edilən ömür”

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

MDU kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB

“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub

Ulyanovskda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb

BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib

Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə Özbəkistanda kitab nəşr olunub

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyulub

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir

Hulusi Kılıç: Heydər Əliyevin ideyaları Azərbaycanın uğurlu gələcəyinin rəhni, Türk dünyasının bələdçisidir

Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Fransa-Azərbaycan münasibətlərindəki ziddiyyətlərlə bağlı arayış hazırlayıb

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi başa çatıb

Ədəbiyyat Muzeyində elmi sessiya: “Əbədi ömrün ikinci əsri”