MƏDƏNİYYƏT


ABŞ-ın “Kennedy Administration” caz qrupu Bakıda çıxış edəcək

Bakı, 5 sentyabr, AZƏRTAC

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində oktyabrın 28-də ABŞ-ın “Kennedy Administration” qrupu konsert proqramı ilə çıxış edəcək.

Festivalın təşkilatçıları AZƏRTAC-a bildiriblər ki, konsert “Rotunda” caz klubunda təşkil olunacaq. Kollektiv caz musiqisini sevənlər üçün həmin gün seminar da keçirəcək.

“Kennedy Administration” qrupu Layla Heteuey, Kristina Aqilera, Erik Bennet, Cef Uotts, Kenni Lattimor, Şeril Pepsi-Rayli və bir çox başqaları ilə əməkdaşlıq edib. Qrup caz, R&B, hip-hop elementləri ilə müasir musiqi yaradır.

Təşkilatçılar qeyd ediblər ki, oktyabrın 28-də “Rotunda” caz klubunda meksikalı gitaraçı Pako Ranteria da çıxış edəcək. Habelə tamaşaçılara Robert Budronun “Qüssə üçün doğulmuş” (2015) filmi göstəriləcək.

Oktyabrın 20-dən 28-dək keçiriləcək Bakı Beynəlxalq Caz Festivalı Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A-A Events” şirkətinin və “The landmark hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə mədəniyyət mərkəzlərinin, şirkətlərin tərəfdaşlığı ilə reallaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.