DÜNYA


ABŞ-ın neft ehtiyatları azalır

Bakı, 11 iyul, AZƏRTAC

Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 9,5 milyon barrel (2 faiz) azalaraq 459 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 1,1 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 644,8 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 1,5 milyon barrel (0,6 faiz) azalaraq 229,2 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,6 milyon barrel geriləmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.