ADAMUN Simulyasiya Konfransına müraciətlər başlanılıb
AzerTAg.az

Bakı, 8 fevral, AZƏRTAC
ADAMUN Simulyasiya Konfransına müraciətlər açıq elan olunub.
AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, ADAMUN 2023 Simulyasiya Konfransı gənclərə özlərini diplomat rolunda sınayaraq ortaya qoyulan problemlərə müxtəlif ölkələrin mövqeyindən yanaşmaq şansı yaradacaq.
Konfrans zamanı hər bir komitədə iştirakçılar müəyyən mövzu ətrafında müzakirələr aparacaq, həll yolları təklif edəcək və qətnamələr hazırlayacaqlar.
İkinci günün sonunda hər iki komitənin nümayəndələri bir araya gələrək qəbul olunmuş qərarları təqdim edəcəklər.
Simulyasiya Konfransı fevralın 16-17-də ADA Universitetində ingilis dilində keçiriləcək.
Son müraciət tarixi fevralın 10-u saat 18:00-dəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var