CƏMİYYƏT


“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək VİDEO

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 25-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2018” sərgisində dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 24-də sərginin açılışına həsr olunmuş mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, bu genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biridir. Sərgidə müasir silah və avadanlıqlar, habelə Azərbaycanın müdafiə sənayesi kompleksinin nailiyyətləri və qüdrəti nümayiş olunur.

Təşəbbüskarı və təşkilatçısı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi olan sərgi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.