ELM VƏ TƏHSİL
ƏDLİYYƏ ORQANLARINA QULLUĞA QƏBULLA BAĞLI TEST İMTAHANI KEÇİRİLMİŞDİR
Ədliyə Nazirliyinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə ilk dəfə keçirdiyi müsabiqədə iştirak edən namizədlərin təxminən yarısı ölkəmizin regionlarını təmsil edirdi.
Müsabiqədə iştirak edənlər arasında ədliyyə, məhkəmə, prokurorluq orqanlarında yardımçı vəzifələrdə çalışan, digər dövlət orqanlarından ədliyyə orqanlarına işə keçmək istəyən, bələdiyyə qulluqçuları və vəkillik fəaliyyəti ilə məşğul olan namizədlərlə yanaşı, ilk dəfə əmək fəaliyyətinə məhz ədliyyə orqanlarında başlamaq arzusunda olanlar da vardır.
Namizədlərin əksəriyyətini Bakı Dövlət Universitetinin məzunları, hər dörd nəfərdən birini isə qadınlar təşkil etsə də, yaş məhdudiyyəti qoyulmamışdır.
100 sualdan ibarət test tapşırığından 55 və daha artıq bal toplamış 129 şəxs ikinci mərhələyə keçmişdir.
Qeyd edək ki, aşkarlıq şəraitində 3 saat davam edən test imtahanının gedişini 40-a yaxın yerli və beynəlxalq müşahidəçi izləmişdir.