ELM VƏ TƏHSİL


ADNSU-da “Erasmus+ KA2” proqramı çərçivəsində işgüzar görüş

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində “WORK4ACE” layihəsi əsasında ilk işgüzar görüş olub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, yerli layihə üzvləri – Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, Erasmus Azərbaycan Ofisi rəhbərliyinin iştirak etdikləri görüşdə layihənin strukturu, iştirakçıların öhdəlik və vəzifələri, görüləcək işlərin planı və layihə çərçivəsində yeni modul proqramının yaradılması istiqamətində müzakirələr aparılıb.

Eyni zamanda, iştirakçılar iş bölgüsünü müəyyənləşdirib və gələcək görüşlər haqqında razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.