ELM VƏ TƏHSİL


ADNSU-da görkəmli alim, general-leytenant Kərim Kərimovun xatirəsi anılıb

Bakı, 17 dekabr, AZƏRTAC

Dekabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim və hərbi xadim, kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Kərimovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov məşhur alim-mühəndis, sovet kosmonavtikasının banilərindən biri olmuş K.Kərimovun həyat və fəaliyyətindən danışıb.

Oxu Akademiyasının rəhbəri Səməd Vəkilov general-leytenantın sovet dövründə mühüm strateji sahəyə rəhbərliyindən, kosmik sahədəki əvəzsiz xidmətlərindən, onun araşdırmaları sayəsində əldə olunan elmi-texniki nəticələrin kosmik sənayedə tətbiqindən bəhs edib və alimin ömür yolunun tələbələrə örnək olduğunu vurğulayıb.

Sonra K.Kərimov haqqında videotəqdimat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.