ELM VƏ TƏHSİL


ADNSU-nun birinci kurs tələbələri “SABAH” qruplarına qəbulla bağlı məlumatlandırılıblar

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2018-2019-cu tədris ili üçün “SABAH” qruplarına qəbulla əlaqədar birinci kurs tələbələri ilə görüş keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev “SABAH” qruplarının universitetdə təhsilin keyfiyyətinin daha da yüksəldilməsində, müasir tələblərə cavab verən, bacarıqlı mütəxəssislərin hazırlanmasında mühüm rolunu vurğulayıb.

“SABAH” qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə tələbələrə bu qruplar haqqında geniş məlumat verib, seçim və qəbul prosesi, təqaüd qaydaları və tədris imkanlarından danışıb.

Bildirilib ki, ötən il “SABAH” qruplarının ilk buraxılışında 721 məzun olub.

Ölkəmizin 12 ali təhsil müəssisəsində “SABAH” qruplarının fəaliyyət göstərdiyini deyən Ş.Seyidzadə ADNSU-da ixtisasların sayının artırıldığını da diqqətə çatdırıb.

Sonra suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.