İDMAN


AFFA-nın əməkdaşları FIFA-nın iclasında iştirak edirlər

Bakı, 30 oktyabr, AZƏRTAC

İstanbulda FIFA-nın İnfrastruktur üzrə iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov və İnfrastruktur şöbəsinin müdiri Kamran Vəliyev tədbirdə iştirak edirlər.

AFFA rəsmiləri Bakı Olimpiya Stadionunun 3-cü məşq meydanının, həmçinin “Sumqayıt” futbol klubunun ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”nın əsas və məşq meydanlarının təqdimatı ilə çıxış edəcəklər.

Qeyd olunan meydanlar AFFA tərəfindən FIFA-nın dəstəyi ilə inşa olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.