İDMAN


AFFA-nın prezidenti “Avro-2020”nin seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək

Bakı, 30 noyabr, AZƏRTAC

Dekabrın 2-də İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın nətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, "Avro-2020"nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə əlaqələndiricisi Könül Mehdiyeva və onun müavini, AFFA-nın infrastruktur direktoru Kamran Vəliyev iştirak edəcəklər.

Püşkatma mərasiminə yollanacaq AFFA nümayəndə heyətinin üzvləri “Avro-2020” ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin iştirakçısı olacaqlar. Püşkatmadan bir gün öncə - dekabrın 1-də Dublində milli assosiasiyaların və mətbuat xidmətlərinin rəhbərləri üçün seminarlar keçiriləcək. Tədbirlərdə, Elxan Məmmədov, Sərxan Hacıyev və Firuz Abdulla iştirak edəcəklər.

Xatırladaq ki, “Avro-2020”nin 4 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü qrup oyunları, biri isə dörddəbir final mərhələsinin qarşılaşmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.