İDMAN


AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Konami Digital Entertainment Co., Ltd. şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

AFFA-dan AZƏRTAC-a bildiriblər ki, müqaviləyə uyğun olaraq, quruma eFootball PES 2020 konsol oyununda futbol üzrə Azərbaycan milli komandasının əqli mülkiyyətindən (komanda adı, loqo, oyun forması) istifadə hüquqları verilib. Azərbaycan milli komandası eFootball PES seriyasında olacaq və müqavilə 2019-2020-ci il futbol mövsümünü əhatə edəcək.

UEFA “Avro 2020”nin Bakıda keçiriləcək oyunlarının təbliğatı və kubok turu çərçivəsində eFootball üzrə müxtəlif turnirlərin keçirilməsi nəzərdə tutulub.

Həmçinin üzvləri futbol azarkeşləri arasından seçiləcək Azərbaycan komandası eEURO 2020 çempionatında iştirak edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.