DÜNYA


AFR Avstriyanın paytaxtını “yüksək risk zonası”na daxil edib

Berlin, 17 sentyabr, AZƏRTAC

Bundan sonra Vyanadan AFR ərazisinə gələn şəxslər xüsusi nəzarətə götürüləcək.

AZƏRTAC xəbər verir ki, Almaniyanın federal hökuməti öz cənub qonşusunun paytaxtını “yüksək risk zonası” elan edib. Bu onunla bağlıdır ki, son bir həftədə Vyanada koronavirusa yoluxma hallarının sayı kəskin artıb: həftə ərzində hər 100 min sakinə düşən yeni yoluxma hallarının sayı 50-dən çox olub. Bu göstərici Avropada təşviş doğuran hədd sayılır.

Qərar bu gündən qüvvəyə minib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.