Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pianoçu Olqa Domnina: Avropada Azərbaycan musiqisini daha fəal şəkildə təbliğ etmək lazımdır

Bakı, 2 may, Anara Axundova, AZƏRTAC

Olqa Domnina məşhur pianoçu, bir çox beynəlxalq müsabiqələrin laureatı, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının və London Kral Musiqi Akademiyasının məzunudur. Solo konsertlərlə yanaşı, dünya səhnələrində kamera və simfonik orkestrlərlə birgə çıxış edir. Olqanın konsert fəaliyyətində Azərbaycan bəstəkarlarının yaradıcılığı böyük yer tutur. Pianoçunun Azərbaycanın musiqi sənətinə marağı o qədər böyükdür ki, onu musiqimizin təbliğatçısı adlandırırlar. Pianoçu 10 ildən çoxdur ki, Siciliyada (İtaliya) yaşayır və Avropada konsertlərlə çıxış edir.

Olqa Domnina AZƏRTAC-a müsahibəsində söhbətində Azərbaycan musiqisinə necə maraq göstərdiyindən və onu necə təbliğ etməyə başladığından söz açıb.

- Olqa, Azərbaycan musiqisi ilə ilk dəfə necə tanış oldunuz? Bu musiqidə Sizi cəlb edən nə idi?

- Dmitri Şostakoviçin həyat və yaradıcılığını öyrəndiyim müddətdə tez-tez onun görkəmli tələbəsi, Azərbaycan bəstəkarı Qara Qarayevin adına rast gəlirdim. Onun ”Yeddi gözəl” baletinin musiqisini dinləmək qərarına gəldim və dərhal və əbədi olaraq məşhur “Vals”, “Gözəllər gözəli” və “Aişənin rəqsi” variasiyalarının əbədi sehrinə düşdüm. Bu melodiyalar uzun müddət musiqi yaddaşımda səslənməyə davam etdi. Sonralar mən bu dahi bəstəkarın XX əsrin fortepiano miniatürlərinin əsl incisi sayılan “İyirmi dörd prelüdiyası” ilə tanış oldum, Azərbaycan Mədəniyyət Nazirliyi məni 2018-ci ildə qeyd olunan Qara Qarayevin anadan olmasının yüzilliyinə həsr olunmuş möhtəşəm yubiley tədbirində iştirak etməyə dəvət edəndə, mən onları öz repertuarıma daxil etdim. “Prelüdiyaları” İtaliyada ifa etdikdən və auditoriyanın Qara Qarayevin bəstələrini necə böyük coşqu ilə qarşıladığını gördükdən sonra aydın oldu ki, Avropada Azərbaycan musiqisini bu gün daha fəal şəkildə təbliğ etmək lazımdır. Mümkün qədər bu missiyanı həyata keçirməyə çalışıram.

- Azərbaycan musiqisində unikal olan nədir?

- Azərbaycan klassik musiqisinin həqiqətən çox heyrətamiz taleyi var. D. Şostakoviç fenomenal istedada malik Qara Qarayevi öz sinfinə qəbul edərək, faktiki olaraq Azərbaycan musiqi tarixinin məcrasını dəyişib. Azərbaycanın yalnız özünəməxsus xalq musiqisinin bütün təbəqələri, Şostakoviçin Avropa Məktəbi ilə birləşərək, təkcə Qara Qarayevin özünün və şagirdlərinin deyil, həm də şagirdlərinin yetirmələrinin yaradıcılığında tamamilə misli-bərabəri olmayan vəhdət yarada bilib. Beləliklə, dahi Üzeyir Hacıbəylinin Şərqdə ilk opera sayılan əfsanəvi “Leyli və Məcnun” operasının ənənələrini davam etdirən Azərbaycan musiqisinin yeni inkişaf mərhələsi bu cür başlayıb. Məsələn, təkcə Şostakoviçin “musiqi şəcərəsinin övladlarından” biri olan Elmir Mirzəyevin “Fortepiano üçün beş üslub" şedevrində ağrını necə ifadə etdiyini dinləyin.

- Bəs Qara Qarayevdən başqa hansı bəstəkarın yaradıcılığı Sizə xüsusilə təsir edir?

- Mənim sonuncu maraqlı kəşfim Rəhilə Həsənovanın musiqisidir. Beş il bundan əvvəl Bakıda Milli Kitabxananın Not nəşrləri və Səsyazmaları şöbəsində özüm üçün yeni bəstəkarların axtarışında idim. Müxtəlif partituraların arasında Rəhilə Həsənovanın “Çeşmə” prelüdiyalar tsiklinə aid əlyazmasının bir nüsxəsini tapdım. Milli Kitabxananın kökdən düşmüş pianosunda bu prelüdiyaları ifa etməyə çalışanda dərhal anladım ki, qarşımda üzəri paxırla örtülən və əsrlər boyu özündə Venesiya tarixini deyil, həmin anda bütün Azərbaycan tarixini əks etdirən Venesiya güzgüləri açılır - mənə elə gəldi ki, qədim Azərbaycan torpağının nəbzini hiss edirəm, milli rəqslərə tamaşa edirəm və hamı ilə birlikdə gur yanan alovun üzərindən atlanıram. Rəhilə Həsənova mənə öz prelüdiyalarında gizli qalan elə mətləblərdən bəhs edir ki, zənnimcə, ürəyimin ən əziz guşəsində özünə yer edən ölkə barəsindəki bu sirləri heç bir kitabdan öyrənmək mümkün deyil. Musiqi aləmində azərbaycanlı müəllifə ilk vurğunluğum isə, əlbəttə ki, Fərəc Qarayevlə bağlıdır. Əvvəla, onun musiqisi mənim üçün çox böyük mənəvi əhəmiyyətə malikdir, o, əbədiyyət, həyat və ölüm haqqında ən ağlasığmaz yüksəklikləri fəth edir. Şərti adlandırsaq, əgər Rəhilə Həsənovanın yaradıcılığı mənim üçün “Yaradılış Kitabı”dırsa, Fərəc Quliyev “Apokalipsis”dir. Hər biri tamamilə fərqli musiqi vasitələrindən istifadə etsə də, onların bir ortaq cəhəti də var - bu bəstəkarların musiqiləri transsendentaldır. Fərəc Qarayev və Rəhilə Həsənova dinləyicilərinin şüuraltına nüfuz edə bilirlər. Maraqlıdır ki, aprel ayında Umeoda (İsveç) keçirilən “Palitra” adlı müasir Azərbaycan musiqisinə həsr olunmuş yeni proqramımın sonuncu konsertində, əksəriyyəti musiqiçi olan dinləyicilər mənə yaxınlaşaraq, Azərbaycan bəstəkarlarının musiqisinin onları hipnoz edərək, trans vəziyyətinə saldığını bildirirdilər. Ona görə də, səmimi qəlbdən belə hesab edirəm ki, Azərbaycan mədəniyyətinin gerçək səfirləri məhz Fərəc Qarayev və Rəhilə Həsənovadır - onlar öz doğma vətənlərinin musiqi ənənələrinin əsl tərənnümçüləridir.

- Başqa hansı ölkələrdə Azərbaycan musiqisinə xüsusi marağın olduğunu müşahidə etmisiniz?

- Mənə elə gəlir ki, Azərbaycan musiqisinə hər bir ölkədə xüsusi maraq var. Keçən ilin dekabr ayından bəri Avropada “Palitra” konsertlərimlə çıxış edirəm və əlbəttə ki, hər bir ölkənin mədəni ənənələrinin nə qədər əhəmiyyətli rola malik olduğunu görürəm. Məsələn, bu ilin fevral ayında İngiltərənin Kembric şəhərində təqdim etdiyim konsert proqramından sonra təkcə Avropa musiqisindən deyil, həm də Şərq musiqisindən agah olduğu bəlli olan dinləyicilər mənə suallar ünvanlayırdılar. Ancaq bu heç də təəccüblü olmamalıdır, çünki İngiltərədə müxtəlif xalqların və dini konfessiyaların nümayəndələri yaşayırlar. Ancaq “Palitra”nın dünya üzrə premyerasının keçirildiyi İtaliyada isə vəziyyət demək olar ki, əksinə idi. Konsertimə C.Verdinin operalarını nəinki əzbər bilən, həm də dünya tarixində sonuncu keyfiyyətli musiqinin C.Verdinin əsərləri ilə yekunlaşdığını düşünən dinləyicilər gəlmişdi. Ağır atletika ilə məşğul olanların dili ilə desək, “bu ağırlıqdakı yükü qaldırmaq” mənim üçün heç də asan olmayacaqdı. Lakin konsertimin sonunda eşitdiyim gurultulu alqışlar və dinləyicilərin simasında gördüyüm heyranlıq ifadəsi zəhmətimin həqiqətən bəhrə verdiyinə məni açıq-aşkar inandırdı. İtaliyadakı bu konsertdən sonra Azərbaycanın Qara Qarayev, Fərəc Qarayev, Rəhilə Həsənova, Elmir Mirzəyev və Ayaz Qəmbərlidən ibarət “Palitra”sı üçün artıq heç bir auditoriya qorxulu deyil.

- Bəs konsertlərinizə gələn azərbaycanlılar Sizin ifanıza necə reaksiya verirlər?

- Belə görürəm ki, Azərbaycan ictimaiyyəti mənim interpretasiyamı bəyənir, konsertlərdən sonra çox xoş sözlər eşidirəm. Vurğulayım ki, mən Azərbaycan ifaçılıq məktəbinə mənsub deyiləm, bəstəkarların qarşıya qoyduğu vəzifələrin həlli üçün məqsədli şəkildə özümə məxsus yollar axtarıram və yalnız bundan sonra azərbaycanlı həmkarlarımın bu istiqamətdə gördükləri işlərlə tanış olmağa çalışıram. Beləliklə, kompozisiyanın mahiyyətini öz üslubumla açmağa çalışıram, musiqinin mətnini, necə deyərlər, “xam” baxışla nəzərdən keçirirəm. Bu müəyyən qədər riskli işdir, amma kompozisiyaya öz fərdi münasibəti olmayan ifaçı necə ola bilər? Axı peşəmiz də elə bunu tələb edir. Bir neçə azərbaycanlı həmkarım var ki, onların fikirlərinə tamamilə etibar edirəm, onlardan biri bəstəkar Fərəc Qarayevdir, digər tənqidlərə isə sakit yanaşıram, çünki bu, olduqca normal haldır.

- Olqa, Siz dəfələrlə Azərbaycanda olmusunuz. Azərbaycan mentaliteti necədir?

- Bəli, mən dəfələrlə Azərbaycanda olmuşam, bakılı dostlarımın köməyi ilə ölkənin həyatı və mədəniyyəti ilə böyük məmnuniyyətlə tanış olmağa və onu qavramağa çalışıram, üstəlik, məndə çoxdan belə bir təəssürat yaranıb ki, mən bir manatım belə olmadan Bakıya uça bilərəm, həm də heç nəyə baxmayaraq, nə evsiz, nə də ac qalmaram. Bəzi naməlum səbəblərdən şəhərdə tək qalmalı olsam və yanımda dostlarım və tanışlarım olmasa belə, Bakı özü məni ipək örpəyinə bürüyəcək. Bütün bu dəyərlərin hamısı mənim doğma Azərbaycanımdır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər