İDMAN
AĞAYAR AXUNDZADƏ: ƏVVƏLKİ YAY OLİMPİYA OYUNLARINDA DA KOMANDAMIZ YAXŞI ÇIXIŞ ETMİŞDİR
Baş məşqçi vurğulamışdır ki, cüdoçularımızın Pekin Olimpiadasında qazandığı bir qızıl, bir bürünc medal yüksək nəticədir. Bununla belə, əvvəlki Olimpiya oyunlarında da komandamız yaxşı çıxış etmişdir. XXIX Pekin Yay Olimpiya Oyunlarında ölkəmizə yeganə qızıl medalı qazandıran Elnur Məmmədli əsl cüdo döyüşü nümayiş etdirmişdir.
Axundzadə demişdir ki, adi tamaşaçı da olimpiya çempionumuzun çıxışından həzz alırdı. Yarışın keçirildiyi zalda olan məşqçilər və mütəxəssislər bizi təbrik edirdilər. Elnurun keçirdiyi görüşlərin beşində də ippon fəndi işlədərək, vaxtından əvvəl qalib gəlmişdir.
Ağayar Axundzadənin sözlərinə görə, indiki heyət üzvlərinin əksəriyyəti yığmada qalacaqdır. Onlara gənc cüdoçular da qoşulacaqlar və biz qarşıdakı Olimpiadaya daha ciddi hazırlaşacağıq.