Aİ minaların təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlığını davam etdirəcək
AzerTAg.az

Bakı, 26 may, AZƏRTAC
Qlobal lider olan Avropa İttifaqı (Aİ) Azərbaycanda minatəmizləmədə ən böyük donorlardan biridir, bu sahə əməkdaşlıq prioritetlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransda çıxışında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko deyib.
O bildirib ki, Aİ minaların təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlığını davam etdirəcək: “Bu, həm maliyyə dəstəyini, həm də təcrübənin bölüşdürülməsini ehtiva edir. Bu ərazilərin yenidən bərpası üçün minatəmizləmə vacibdir. Aİ bu ərazilərdə yenidənqurma işlərində Azərbaycanı dəstəkləmək imkanlarını da öyrənir”, - deyə P.Mixalko vurğulayıb.
Xəbərin mətnində orfoqrafik səhv var