ELM VƏ TƏHSİL
AKADEMİYADA “XARİCİ QONAQLAR” BEYNƏLXALQ PROQRAMININ İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ OLMUŞDUR
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin və ABŞ-ın respublikamızdakı səfirliyinin təşəbbüsü ilə “Xarici qonaqlar” beynəlxalq proqramının iştirakçıları ilə görüş keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, bu görüş ABŞ-da olmuş ölkəmizin qeyri-dövlət təşkilatlarında çalışan bir qrup azərbaycanlı mütəxəssisin həmin ölkədə əldə etdikləri təcrübə ilə bağlı idi.
Akademiyanın rektoru Seyfəddin Qəndilov görüşdə çıxış edərək bu ali məktəb barədə qonaqlara məlumat vermiş, adı çəkilən proqramın əhəmiyyətindən danışmış, qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulamışdır.
Proqramın iştirakçıları layihə ilə bağlı ABŞ-ın bir neçə ştatında keçirilən görüşlər, biznes aləminin inkişafına təkan verən amillər, dövlət və qeyri-dövlət orqanlarının fəaliyyəti və s. barədə ətraflı məlumat vermişlər.