İQTİSADİYYAT


AKKUŞA ÇAYI ÜZƏRİNDƏ YENİ HİDROTEXNİKİ QURĞU İŞƏ SALINMIŞDIR

Muğan Sənaye-Tikinti İdarəsi kollektivinin Salyanda Akkuşa çayı üzərində 350 milyon manat dövlət vəsaiti hesabına tikdiyi hidrotexniki qurğu istifadəyə verilmişdir.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, yeni qurğu rayonun Qızılağac, Alçalı, Quyçu və Marışlı kəndlərinin 3 min hektardan artıq əkin sahələrinin suvarma suyuna tələbatını ödəməyə imkan yaradacaqdır.

Akkuşa çayı üzərindəki 13 nasosun yalnız 4-ü işlədiləcək və hər il orta hesabla 140-150 milyon manatlıq elektrik enerjisinə qənaət olunacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.