İQTİSADİYYAT
ƏMƏYİN STATİSTİKASI VƏ ƏHALİNİN İQTİSADİ FƏALLIĞININ ÖYRƏNİLMƏSİ SAHƏSİNDƏ MÜHÜM İŞLƏR GÖRÜLÜR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, respublikamızın 83 regional vahidi üzrə həyata keçirilmiş bu müayinələr Beynəlxalq Əmək Təşkilatının metodoloji köməyi sayəsində mümkün olmuşdur. Belə ki, 2001-ci ildən başlayaraq təşkilatın nümayəndəsi İqor Çernışev əmək bazarının statistikasının dünya standartları səviyyəsində aparılması və əməyin çevik müayinəsinin həyata keçirilməsi sahəsində Dövlət Statistika Komitəsinin əməkdaşlarına yaxından kömək etmişdir. Bu metodoloji kömək və BMT İnkişaf Proqramı tərəfindən ayrılmış maliyyə vəsaiti anketlərin tərtib olunması, regionlarda əhalinin iqtisadi fəallığı və sosial-iqtisadi müdafiəsi məsələlərinin yüksək səviyyədə tədqiq olunmasına imkan vermişdir.
Layihənin həyata keçirilməsinin ikinci mərhələsi Azərbaycan Prezidenti İlham Əliyevin regionların inkişafı və yeni iş yerlərinin açılması, habelə kiçik və orta sahibkarlığın inkişafı sahəsində qarşıya qoyduğu mühüm vəzifələrin yerinə yetirilməsində vacib rol oynayacaqdır.