ELM VƏ TƏHSİL
AMEA Botanika İnstitutunun əməkdaşı beynəlxalq sertifikata layiq görülüb
Bakı, 2 iyun, AZƏRTAC
AMEA-nın Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, dosent Rəşad Səlimov Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun təşkil etdiyi "Elmi məqalə yazma və elmi hakimlik" mövzusunda onlayn seminar kursunda iştirak edib.
Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, vebinarda iştirakçılara elmi məqalənin strukturu və məqalələrdə beynəlxalq standartlar, o cümlədən beynəlxalq elmi jurnallarda məqalə nəşr etdirmək qaydaları və mərhələləri barədə ətraflı məlumat verilib. Azərbaycan və Türkiyənin bir sıra universitet və institutlarından olan tədqiqatçıların iştirak etdiyi vebinarlarda maraqlı müzakirələr aparılıb.
Vebinarların sonunda Rəşad Səlimov təşkilatçılar tərəfindən sertifikata layiq görülüb.