ELM VƏ TƏHSİL


AMEA-da növbəti seminar 20 Yanvar faciəsinə həsr olunub

Bakı, 9 yanvar, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının ikinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademiyanın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdikləri tədbir 20 Yanvar faciəsinə həsr olunub.

Seminarı şöbənin rəisi Eldar Quliyev açaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ermənipərəst qüvvələrin və onların SSRİ rəhbərliyindəki havadarlarının məkrli planı nəticəsində Bakıya ordu və xüsusi təyinatlı dəstələrin yeridildiyini, dinc əhaliyə qarşı divan tutulduğunu söyləyib. Diqqətə çatdırıb ki, həmin gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulub, nəticədə qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri öldürülüblər.

Qanlı hadisəyə ilk olaraq öz siyasi münasibətini ümummilli lider Heydər Əliyevin bildirdiyini deyən E.Quliyev Ulu Öndərin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda faciəni törədən şəxsləri kəskin şəkildə tənqid etdiyini vurğulayıb. O, əvvəlcədən planlaşdırılmış 20 Yanvar qətliamının Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıdığını, lakin bu planın baş tutmadığını söyləyib.

Sonra iclasda 2018-ci ildə AMEA-nın elmi müəssisə və təşkilatlarında mülki müdafiə və səfərbərlik hazırlığının (hərbi uçotun, səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilmiş hərbi vəzifəlilərin sayı haqqında illik hesabatın hazırlanması) yekunları və 2019-cu il üçün təşkilati göstərişlər barədə akademiya prezidentinin müvafiq sərəncamları barədə müzakirələr aparılıb.

Şöbənin baş mütəxəssisi Natiq Mehdiyev hesabatların son vəziyyətinə dair tədbir iştirakçılarını məlumatlandırıb. Baş mütəxəssis Oqtay Fərzəliyev 2019-cu il üçün elmi müəssisə və təşkilatlar tərəfindən tərtib olunacaq mülki müdafiə tədbirlər planı barədə məlumat verib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.