ELM VƏ TƏHSİL


AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi qeyd olunacaq

Bakı, 1 dekabr, AZƏRTAC 

Gələn il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyi keçiriləcək. Bununla bağlı AMEA Rəyasət Heyətinin oktyabrın 24-də keçirilən növbəti iclaslında bu nüfuzlu elmi-tədqiqat ocağının çoxşaxəli fəaliyyətini, Azərbaycan elminə verdiyi töhfələri nəzərə alaraq qərar qəbul edilib. Qərarda institutun 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi, yubileylə əlaqədar beynəlxalq konfransın təşkili, eləcə də institutun tarixi və fəaliyyətini əks etdirən kitabın nəşri nəzərdə tutulub.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, 1929-cu ildə “Azneft” Birliyi nəzdindəki mərkəzi kimya laboratoriyası bazasında ilk Azərbaycan Neft Tədqiqat İnstitutu kimi yaradılmış bu elmi müəssisə böyük və şanlı inkişaf yolu keçərək 1959-cu ildən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun alimlərinin elmi işləri Azərbaycanda neft və qazın tədqiqinə, yüksək keyfiyyətli aviasiya və raket yanacaqlarının, yağların alınması məqsədilə onların effektiv emalının elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiyalar və katalizatorların yaradılması və digər fundamental tədqiqatların aparılmasına həsr olunub.

Hazırda NKPİ-də kimya elmləri sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində mühüm tədbirlər görülür. İnstitutda bugünədək yüzlərlə kitab, monoqrafiya, minlərlə elmi məqalə çap olunub. Bu elmi əsərlərdə yer tapmış yeni ideya və elmi nəticələrə həm respublika, həm də xarici ölkələrin alimləri tərəfindən istinadlar edilir. İnstitutun alimləri respublikanın bir çox ali təhsil ocaqlarında pedaqoji fəaliyyətlə məşğul olur, gənc nəslin intellektual inkişafında fəal iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.