ELM VƏ TƏHSİL
AMEA-nın magistraturasına boş qalan yerlərə qəbul olunan bakalavrların nəzərinə!
Bakı, 17 avqust, AZƏRTAC
2017/2018-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına boş qalan plan yerlərinə qəbul olan bakalavrlar qeydiyyatdan keçməlidirlər.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin əsli və surəti, bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış), dörd ədəd fotoşəkil (3×4 sm) tələb olunur.
Bakalavrların qeydiyyatı avqustun 17-dən 25-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək AMEA-nın Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin magistratura şöbəsində aparılacaq.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.