ELM VƏ TƏHSİL
AMEA və İtaliya Milli Tədqiqat Şurası birgə müsabiqə elan edir
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İtaliya Milli Tədqiqat Şurası (CNR) arasında imzalanmış elmi əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində 2020-2021-ci illər üçün müsabiqə elan edilir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, layihələr İtaliya Milli Tədqiqat Şurasının müvafiq elmi təşkilatlarından olan alimlərlə birlikdə ingilis dilində hazırlanmalıdır. AMEA və CNR tərəfindən birgə seçilmiş layihələr üçün ayrılmış maliyyə vəsaiti layihə çərçivəsində İtaliyaya səfər xərclərinin ödənilməsinə sərf ediləcək.
Layihə təklifləri aprelin 12-dən iyunun 28-dək AMEA Rəyasət Heyəti aparatının beynəlxalq əlaqələr idarəsi tərəfindən qəbul olunur.
İtaliya tərəfindən iştirak edə biləcək elmi müəssisələr haqqında məlumatı qeyd olunan linkdən (https://www.cnr.it/en/institutes) əldə etmək mümkündür.
CNR tərəfdən əlaqələndirici şəxs Antonella Guididir (CNR - Office for European and International Relations, [email protected], +39 06 49933977).
Layihə təklifləri üçün ərizə formasını http://bei.science.gov.az/uploads/Layihalar/Application_Form_CNR_2019.pdf yükləmək mümkündür.