Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AMERİKANIN ÇOX NÜFUZLU MƏTBUAT ORQANLARINDAN OLAN “VAŞİNQTON TAYMS” QƏZETİNİN 26 FEVRAL TARİXLİ NÖMRƏSİNDƏ “KASPİAN ENERCİ KONSALTİNQ”İN PREZİDENTİ VƏ CORCTAUN UNİVERSİTETİNİN PROFESSORU S.ROB SOBHANİNİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ABŞ-A SƏFƏRİNƏ HƏSR EDİLMİŞ MƏQALƏSİ DƏRC OLUNMUŞDUR. AzərTAc HƏMİN MƏQALƏNİ OXUCULARA TƏQDİM EDİR.
AZƏRBAYCAN AMERİKANI DƏSTƏKLƏYİR

Prezident Buş bu gün Ağ evdə Azərbaycan Prezidenti ilə - beynəlxalq terrorizmə qarşı müharibədə ABŞ-a qoşulmuş ilkin dövlətlərdən birinin və neftlə zəngin olan müsəlman ölkəsinin lideri ilə görüş keçirəcəkdir. Cənab Buş “Siz ya bizləsiniz, yaxud bizim əleyhimizəsiniz” – deyəndə, Azərbaycanın cavabı qətiyyətli olmuşdur: “Biz sizinləyik”.

Amerikadakı faciəli terrordan bir gün sonra Prezident Heydər Əliyev ABŞ səfirini ofisinə çağıraraq, öz ölkəsinin təcili və qeyd-şərtsiz dəstəyini təklif etmişdir. Keçmiş Sovet Siyasi Bürosunun yeganə müsəlman üzvü kimi, cənab Əliyev Üsəma ben Ladenin timsalında radikal islamçıların azad dünyaya törədə bildiyi təhlükələri aydın dərk edirdi və Amerikanın mübarizəsinə kömək etmək istədi.

Birincisi, cənab Əliyev dərhal Amerika hərbi təyyarələrinin Azərbaycan ərazisindən Əfqanıstana uçuşuna hava dəhlizi təklif etdi. İkincisi, Pentaqona NATO çərçivəsində olan ABŞ qoşunlarının Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilməyə də icazə verildi. Amerika qoşunları Azərbaycana məxsus ürək açıqlığı və qonaqpərvərliklə qəbul edildi. Üçüncüsü, Azərbaycan ABŞ-ı dəstəkləyərək, BMT-nin bütün qətnamələrinin lehinə səs verdi. Dördüncüsü, Azərbaycan hökuməti terrorçu qruplara maliyyə transferlərinin aşkar edilməsi üçün sərt mexanizmlərin yaradılması istiqamətində ABŞ Maliyyə Nazirliyi ilə birgə işləyir. Misal üçün, Azərbaycan hökuməti son vaxtlaradək beynəlxalq terrorçuluğu maliyyələşdirən müsəlman xeyriyyə cəmiyyəti kimi tanınan Beynəlxalq Xeyriyyəçilik (Benevolence İnternational) təşkilatının hesablarını dondurmağa müvəffəq oldu. Beşincisi, Azərbaycan Amerika hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edərək, çox təhlükəli 30 terrorçunu təhvil vermişdir. Həmin vaxtdan etibarən Azərbaycan keçmiş Sovet İttifaqındakı radikal islamçı qrupların fəaliyyəti haqqında dəyərli kəşfiyyat məlumatları təqdim etmişdir. Azərbaycan həmçinin Əfqanıstanın bərpası üzrə sülhyaratma səyləri çərçivəsində öz əsgərlərini bu ölkəyə göndərərək, suveren məsuliyyət rolunu öz üzərinə götürür.

Azərbaycan tərəfindən ABŞ-a təklif olunan dostluq terrorizmə qarşı müharibənin hüdudlarından çox-çox kənara çıxır. Azərbaycan 1991-ci ildə müstəqillik qazandığı andan etibarən əhəmiyyəti getdikcə artan bölgədə ABŞ-ın ardıcıl və möhkəm müttəfiqi olmuşdur. Cənubi Karolina ştatının ərazisi qədər və 7 milyonluq (8 milyondan çox – red.) əhalisi olan bu ölkə dünya neft ehtiyatlarının təxminən 10 faizinə malik Xəzər dənizinin sahilində yerləşir. Bu regionun Fars körfəzi ilə müqayisə oluna bilməməsinə baxmayaraq, Xəzər neftinin kəşfiyyatı, hasilatı və beynəlxalq bazarlara nəqli ABŞ xarici siyasətinin prioritetlərindəndir. Həmin siyasətin əsas elementi Azərbaycanın paytaxtı Bakı şəhərindən Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına doğru çəkiləcək Bakı-Tbilisi-Ceyhan boru kəməridir. Çoxları Xəzər dənizini Aralıq dənizinə birləşdirən bu çoxmilyonluq layihəyə xəyal kimi yanaşsa da, cənab Əliyevin rəhbərliyi və qətiyyəti Bakı-Tbilisi-Ceyhan boru kəmərini reallaşdırdı.

Azərbaycanın şiyə-müsəlman ölkəsi olmasına baxmayaraq, onun hökuməti kübar xarakterini saxlamağa səy göstərir. Azərbaycanın Amerikayönümlü (və İsrailyönümlü) mövqeyi ilə birlikdə kübar cəmiyyətini saxlamaq arzusu onun cənub qonşusu – İran İslam Respublikası ilə gərginlik yaratmışdır. Bu gərginlik özünü müxtəlif sahələrdə büruzə vermişdir. Ən aşkar hədələyici çağırışlardan biri İranın hərbi gəmiləri və hərbi təyyarələrinin müdaxiləsi nəticəsində Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Alov” neft yatağında aparılan işlərin dayandırılması olmuşdur. Azərbaycan hökuməti adından Britiş Petroleum tərəfindən (ABŞ-ın nəhəng neft şirkəti EksonMobil də tərəfdaşdır) kəşfiyyat aparılan “Alov” 10 milyard barrel neft ehtiyatları ilə dünyada istifadə edilməmiş ən böyük yataqdır (ABŞ-ın ümumi ehtiyatları 28 milyard barrel həddindədir). İranın bu cür güc nümayişi taktikasına baxmayaraq, cənab Əliyev Azərbaycanın müsəlman ölkəsi olsa da, onun kübarlılığının saxlanmasını və İranın təzyiqinə əyilməyəcəyini dəfələrlə təkrar edərək, öz mövqeyində möhkəm dayanmışdır.

Bunun müqabilində cənab Buş terrorçuluğa qarşı müharibədə öz müttəfiqinə nə təklif edə bilər?

Dağlıq Qarabağ uğrunda Ermənistanla münaqişəyə son qoyulmasında ABŞ tərəfindən daha güclü diplomatik səy göstərilməsi. Bu münaqişə nəzarətsiz qaldığı təqdirdə, Xəzər neft və qazının beynəlxalq bazarlara çıxarılmasında ABŞ-ın ümidlərinə xələl gətirə bilər.

Azərbaycanda kiçik, lakin daimi ABŞ hərbi hava bazası barədə danışıqlara başlamaq. Azərbaycanın Mərkəzi Asiyaya qapı, islam İranına bilavasitə qonşuluğu, Xəzərdən neft və qaz nəqlinin mərkəzi kimi strateji mövqeyi onu dünyanın getdikcə əhəmiyyəti artan, lakin qeyri-sabit bu hissəsində ABŞ-ın güc proyeksiyası üçün ideal məkana çevirir.

ABŞ Ticarət və İnkişaf Agentliyindən Azərbaycanın kənd təsərrüfatı sənayesinin inkişafının iri tədqiqat layihəsinin maliyyələşdirilməsini xahiş etmək. Azərbaycan dünyanın ən zəngin torpaqlarına malikdir və onun meyvələri çox gözəl ətirləri ilə məşhurdur. Çoxşaxəli sənayenin yaradılmasına yardım göstərilməsi orta təbəqənin artmasını təmin edəcək və güclü demokratiyanın əsaslarının qurulmasına təkan verəcəkdir.

Cənab Əliyevin rəhbərliyi altında Azərbaycan keçmiş sovet respublikasından Vaşinqtonun dostu və müttəfiqinə çevrilmişdir. Azərbaycan bu keçidə görə alqışlanmağa layiqdir və Amerika öz dostunu mükafatlandırmalıdır.

S.Rob Sobhani

“Vaşinqton Tayms” qəzeti, 26 fevral

2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub