CƏMİYYƏT


ANAMA: Hazırda cəbhəboyu ərazilərdə yüzdən çox şəxsi heyət minatəmizləmə fəaliyyətini həyata keçirir

Bakı, 30 noyabr, AZƏRTAC

İkinci Qarabağ müharibəsi zamanı düşmən ərazilərimizi tərk edərkən həmin bölgələri kortəbii şəkildə minalayıb. Düşmən tərəfindən ərazilərimizə 1400-dən çox qadağan olunmuş mərmi və silahlar atılıb. Hazırda cəbhəboyu ərazilərdə yüzdən çox şəxsi heyət minatəmizləmə fəaliyyətini davam etdirməkdədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov noyabrın 30-da təşkil olunan mətbuat konfransında deyib.

İdris İsmayılov qeyd edib ki, düşmən işğalından azad olunan ərazilərin 80-85 faizi təhlükəlidir. Əkin yerləri, dağlıq ərazilər, otlaq sahələri minalardan təmizlənəcək. İnsanların öz ata-baba yurdlarına qayıtmasının tez müddətdə həyata keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.