CƏMİYYƏT
AQSİA Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinin iştirakı ilə tədbir keçirib
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycan Qadın Sahibkarları İnkişafı Asossiasiyası (AQSİA) 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinin iştirakı ilə tədbir keçirib.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, assosiasiyanın İdarə Heyətinin üzvü, İcraçı katibi Mətanət Ağamirlinin təşkilatçılığı ilə keçirilən tədbirdə qurumun üzvləri, sahibkar xanımlar, media rəhbərləri və tanınmış jurnalistlər iştirak ediblər.
Assosiasiyanın sədri, "Bakı Tekstil Fabriki"nin rəhbəri Səkinə Babayeva və başqaları Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edərək yaranmasından 146 il ötən bu əlamətdar gün barədə məlumat veriblər.
AQSİA-nın üzvləri olan sahibkar xanımlar jurnalistlərin fəaliyyətini, əməyini, dövlət və xalq yolundakı fədakarlıqlarını yüksək qiymətləndirərək peşə bayramlarını təbrik ediblər.