CƏMİYYƏT
AQTA ilə Türkiyə Kənd Təsərrüfatı Müəssisələrinin Baş İdarəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 18 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli TİGEM (Türkiyə Kənd Təsərrüfatı Müəssisələrinin Baş İdarəsi) nümayəndələri ilə görüşüb.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sədr rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə nümayəndə heyətinə məlumat verib.
Görüşdə yeni buğda toxumu növlərinin Azərbaycanda tanıdılması, təcrübədən keçirilməsi və mümkün olduğu təqdirdə yetişdirilməsinin inkişaf perspektivləri müzakirə olunub.
TİGEM baş direktorunun köməkçisi Ali Osmak Kıyak qida təhlükəsizliyi sahəsində əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.