İDMAN
ƏRDƏBİLDƏN YÜRÜŞƏ BAŞLAMIŞ İRAN VELOSİPEDÇİSİ BAKIYA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Ərdəbil şəhərindən yürüşə başlamış Azərbaycan mənşəli İran velosipedçisi Kəramət Əzizzadə Bakıya çatmışdır. AZƏRTAC-ın müxbiri ilə söhbətində o, yürüşün dahi şair Şəhriyarın xatirəsinə həsr olunduğunu bildirmişdir.
Velosipedçi İranda 70 gün ərzində “Kimsəsiz və yetim uşaqların hüquqlarının qorunması fondu”nun fəaliyyətinin təbliği və kimsəsiz xəstə uşaqlara yardım etmək şüarları altında yeddi min kilometr məsafə qət etmişdir.
Azərbaycanda yol boyu keçdiyi yaşayış məntəqələrində qonaqpərvərlik və səmimiyyətlə qarşılanan velosipedçi, Gəncəyə də yürüş etmək niyyətində olduğunu söyləmişdir.
Kəramət Əzizzadənin ən böyük arzusu isə bu ilin payız aylarında Azərbaycan ərazisindən velosipedlə dünya səyahətinə çıxmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [21:19]
Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib
- 10.05.2024 [19:39]
Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb
- 10.05.2024 [19:11]
İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu
- 10.05.2024 [18:32]
Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim
- 10.05.2024 [18:21]
İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
- 10.05.2024 [18:14]
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
- 10.05.2024 [17:57]