CƏMİYYƏT


“ASAN kadr” karyera mərkəzindən gənclərə dəstək

Bakı, 1 avqust, AZƏRTAC

ASAN Könüllülərinin peşəkar kadrlar kimi formalaşması məqsədilə ASAN Könüllülük Məktəbi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə yaradılan “ASAN kadr” karyera mərkəzi fəaliyyət göstərdiyi üç il ərzində 960 ASAN könüllüsünün işlə təmin olunmasına bilavasitə dəstək göstərib.

Hər bir könüllü www.asankadr.az portalında öz CV-sini yerləşdirməklə mövcud vakansiyalardan yararlana bilər.

Bu günədək portal vasitəsilə 1031 müəssisə qeydiyyatdan keçib.

ASAN könüllülərinin peşəkar kadr kimi yetişməsi istiqamətində fəaliyyət göstərən mərkəz bu günə kimi 25-dən çox təlim proqramı, yerli və beynəlxalq şirkətlərin iştirakı ilə karyera sərgisi və s. layihələr həyata keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.