CƏMİYYƏT
ASAN könüllülərindən 12 yaşlı İsranura hədiyyə VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
Türkiyənin Van şəhərinin 12 yaşlı sakini İsranur Ermənistanın işğalçı təcavüzündən sonra Azərbaycana dəstək olmaq istəyini ailəsinə bildirib. İsranur ölkəmizə olan sevgisini ifadə edən məktub yazıb və planşet almaq üçün yığdığı 36 lirəni Azərbaycana göndərib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə mətbuatında geniş yayılmış bu xəbər ASAN könüllülərinin diqqətindən yayınmayıb. Belə ki, onlar qardaş ölkədən olan İsranurun qayğıkeş addımına cavab olaraq dərslərini daha rahat oxumaları üçün ona və bacı-qardaşlarına 2 noutbuk alıb və ürək sözlərini ifadə edən məktub yazıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]