MƏDƏNİYYƏT


“ƏSA” teatrı Lənkəran şəhərinə qastrol səfərinə hazırlaşır

Bakı, 17 iyul, AZƏRTAC

Əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv “ƏSA” teatrı böyük tamaşaçı rəğbəti qazanan “Adamlar və siçanlar” tamaşasının nümayişini Lənkəran Dövlət Dram Teatrında həyata keçirəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, amerikalı yazıçı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın nümayişi iyulun 21-də baş tutacaq.

Səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, rejissoru Elşən Əsgərov, multimedia meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailov, qrim üzrə rəssamı Könül Şahbazovadır.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lalayev, Elsevər Rəhimov, Günay Məmmədova, Fərid Əliyev, Cəmilə Məmmədli, Bəhram Rəhimli və Orxan Əliyev canlandıracaqlar.

Qeyd edək ki, ilk dəfə 19 dekabr 2017-ci ildə paytaxtda nümayiş olunan tamaşa böyük tamaşaçı sevgisini qazanıb. Ötən il “ƏSA” teatrı “Adamlar və siçanlar” tamaşası ilə Naxçıvan Muxtar Respublikasına ilk qastrol səfərini edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.