İQTİSADİYYAT
ASCO-nun üçüncü rüb üzrə təhlükəsizlik və ekologiya hesabatı açıqlanıb
Bakı, 9 dekabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) cari ilin üçüncü rübü üzrə Keyfiyyət Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf Mühitinin Mühafizəsi (KSƏTƏMM) haqqında hesabatı açıqlanıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, hesabatda rüb ərzində təhlükəsizlik xəbərləri, təhlükəsizlik videoları, baş vermiş qəza və hadisələr, tibbi hesabat, KSƏTƏMM statistikası, xarici və daxili auditlər, monitorinqlər, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ekologiya üzrə ümumi nöqsanlar, ətraf mühitin mühafizəsi üzrə məlumatlar, I, II və III rüblər üzrə çatışmazlıqların müqayisəsi, III rübdə Təhlükəsizliyin Keyfiyyət idarəetmə sisteminə edilmiş dəyişikliklər, hazırlanmış Təhlükəsizlik bülletenləri, SƏTƏMM üzrə keçirilmiş təlimlər və sair kimi məsələlər haqqında ətraflı məlumat yer alıb.
Qeyd olunub ki, 2020-ci ilin III rübü ərzində ASCO-nun bütün idarələri üzrə əmək qabiliyyətinin itirilməsinə yol verilmədən iş saatların miqdarı 3 milyon 42 min 570 saat təşkil edib.
Hesabatda koronavirusla əlaqədar tətbiq olunan karantin rejimi ilə bağlı ASCO-da həyata keçirilən tədbirlərdən də bəhs olunub. Təhlükəsizlik hesabatında qarşıdakı hədəflər barədə də geniş məlumat verilib.
Hesabatda bildirilib ki, III rüb ərzində əmək fəaliyyəti zamanı bütün SƏTƏMM qaydalarına əməl edən Zığ “Gəmi Təmiri və Tikintisi Zavodunun Mexaniki Təmir Bölməsinin takelajçısı Samid Məmmədova mükafat kartı təqdim olunub.