İQTİSADİYYAT


ASTARADA ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astara şəhərində Qarabağ uğrunda gedən döyüşlərdə həlak olanların xatirə kompleksinin önündə Xocalı faciəsinin on dördüncü ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, idarə və müəssisələrin, ümumtəhsil məktəblərinin kollektivləri şəhidlərin xatirəsini böyük ehtiramla yad etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər. Burada Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunmuşdur.

Mərasim rayon mədəniyyət evində davam etmişdir. Kakalos kənd mədəniyyət evində fəaliyyət göstərən “Şəhriyar” xalq teatrı aktyorlarının ifasında Xocalı faciəsinə həsr olunmuş “Ümid” pyesindən səhnələr göstərilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.