SİYASƏT
ATƏT PA-nın plenar iclasında qətnaməyə edilən düzəlişlərə dair qızğın müzakirələr aparılır VİDEO
Lüksemburq, 4 iyul, AZƏRTAC
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Lüksemburqda keçirilən 28-ci illik sessiyasında “ATƏT məkanında korrupsiyanın qarşısının alınmasında və onunla mübarizədə milli parlamentlərin rolu” adlı qətnaməyə düzəlişlər ətrafında qızğın debatlar gedir. Qətnamə Kiprdən olan deputat İren Haralambidis və onun isveçli həmkarı Marqareta Sederfelt tərəfindən hazırlanıb.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə çıxış edən Ermənistandan olan deputat qəfildən ölkəsinin korrupsiyaya qarşı mübarizədəki “uğurlarından” danışmağa başlayıb. O, bütün bu mübarizənin bir korrupsiyaçıların yeni hakimiyyətə meyilli digər korrupsiyaçılarla əvəz olunmasına gətirib çıxarmasını dəqiqləşdirməyi unutmuşdu.
Ermənistan nümayəndə heyətinin təklif etdiyi düzəlişə qətnamənin iki sponsoru tərəfindən ziddiyyətli dəyərləndirmələrlə bağlı çıxışları bu cəfəngiyyatı komik vəziyyətə saldı. Marqareta Sederfelt düzəlişi rədd etdiyi halda, İren Haralambidis düzəlişin qəbul olunmasını təklif etdi.
Debatlar davam edir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq