Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ATƏT PA-nın vitse-prezidenti: Həmsədrlərin Ermənistanın qanunsuz fəaliyyətinə münasibət bildirmələri üçün kifayət qədər əsaslar var

ATƏT PA-nın vitse-prezidenti: Həmsədrlərin Ermənistanın qanunsuz fəaliyyətinə münasibət bildirmələri üçün kifayət qədər əsaslar var

Bakı, 15 avqust, AZƏRTAC

Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən partlayışlar işğalçı Ermənistanın növbəti avantürası üçün bəhanə oldu. Belə ki, Ermənistan hakimiyyəti partlayış nəticəsində zərər çəkmiş Livan ermənilərini beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə Cenevrə Konvensiyasına zidd olaraq Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmağa başlayıb. Ötən illərdə də Ermənistan Suriyada baş verən hərbi əməliyyatlardan sui-istifadə edərək, orada yaşayan ermənilərin bir hissəsini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmüşdü.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev söyləyib.

Açıqlamada deyilir: “Bəs, Ermənistan rəhbərliyinin bu cür qanunsuz addımlar atmaqda və yüz faiz riskli ərazilərə soydaşlarını yerləşdirməkdə (bəzən aldadaraq və şirnikləndirici təkliflər verərək) əsas məqsədi nədən ibarətdir? Burada iki mühüm məqama diqqəti cəlb etmək lazımdır.

Birincisi, Ermənistan bu yolla Dağlıq Qarabağda kəskin şəkildə azalmış ermənilərin sayını süni şəkildə artırmaq, digər tərəfdən isə hərbi xidmətə yararlı olanları səfərbərliyə cəlb etməklə ordudakı canlı qüvvə çatışmazlığını aradan qaldırmaq istəyir.

İkincisi isə Ermənistan yaxşı bilir ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və zəbt edilmiş ərazilərini - Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonunu hansı yolla olsa işğalçılardan təmizləyəcək. Azərbaycan xalqının iradəsi və tələbi, ordumuzun artan gücü, Ali Baş Komandanın qətiyyətli mövqeyi, o cümlədən son günlər qardaş Türkiyə ilə uğurla həyata keçirdiyimiz birgə hərbi təlimlər və digər amillər bu fikri söyləməyə ciddi əsaslar yaradır. Belə olan halda Ermənistan hakimiyyəti nəyə görə istənilən an təmizləmə əməliyyatlarının başlaya biləcəyi riskli ərazilərə yaxın Şərqdən erməniləri köçürməyə davam edir? Məncə, bu sualın cavabı ondan ibarətdir ki, Paşinyan hakimiyyəti Livanda çətin duruma düşən soydaşlarını işğal altındakı 7 rayona yerləşdirməklə mümkün hərbi əməliyyatlar zamanı bu biçarələrdən canlı şit kimi istifadə etmək, Azərbaycanı mülki əhaliyə qarşı güc tətbiq etməkdə və onları öldürməkdə qınamaq üçün “təbii əsaslar” əldə etmək istəyir. Görünür, bununla Ermənistan beynəlxalq rəyi Azərbaycanın əleyhinə yönəldəcəyinə və təmizləmə əməliyyatına müəyyən qədər maneçilik törədəcəyinə ümid edir. Bütün bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin nə qədər məkrli, riyakar və ikiüzlü olduğunu, ən əsası isə faşist mahiyyətini bir daha üzə çıxarır”.

“İndi hamımızın, xüsusilə diplomatiyamızın, parlamentin və vətəndaş cəmiyyəti institutlarının qarşısında duran əsas vəzifələrdən biri Ermənistanın bu məkrli planının qarşısını almaq və beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmaq istiqamətində imkanlarımızı tam səfərbər etməkdən ibarət olmalıdır”, - deyən Azay Quliyev bildirib ki, Azərbaycanın xüsusilə son bir ildə həm diplomatik cəbhədə, həm də informasiya savaşında Ermənistanı xeyli üstələməsi özümüzə inamı daha da artırır. “Biz bu üstünlüyü martın 31-də Ermənistanın Dağlıq Qarabağda səhnələşdirdiyi qondarma seçkilərə və iyulun 12-də Tovuzda törətdiyi hərbi təxribata beynəlxalq ictimaiyyətin, ayrı-ayrı ölkələrin verdiyi reaksiyada, Azərbaycana göstərilən diplomatik və siyasi dəstəkdə də hiss etdik. Bu baxımdan, Ermənistanın qanunsuz məskunlaşdırma planının tam iflasa uğraması və nəticəsiz qalması üçün real imkanların olduğunu düşünürəm. Bunun üçün beynəlxalq təşkilatlarla, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlik institutu ilə daha yaxından işləməli və onların qarşısında konkret məsələ qoymalıyıq. İlk növbədə, həmsədrlərdən Ermənistanın bu qanunsuz hərəkətinə münasibət bildirməyi və onun qarşısını almağı tələb etməliyik. Münaqişənin hərbi yolla həllinin yolverilməz olduğunu, atəşkəsə əməl olunmasının vacibliyini hər bəyanatında qətiyyətlə vurğulayan ABŞ, Rusiya və Fransadan biz də bu dəfə tələb etməliyik ki, eyni istəklə Ermənistanın bütün beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın işğal altındakı ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma planını kəskin şəkildə pisləsin, onun yolverilməz olduğunu bildirsin və onlara verilən mandatdan istifadə edərək bu özbaşınalığın qarşısını alsınlar. Onsuz da 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma faktını aşkarlamış və hesabatlarında bunları açıq şəkildə qeyd etmişdir. Yəni, həmsədrlərin Ermənistanın bu qanunsuz fəaliyyətinə münasibət bildirmələri üçün kifayət qədər əsaslar var”, - deyə ATƏT Parlament Assambleyasının vitse-prezidenti vurğulayıb.

Narahatedici məqamlardan biri də budur ki, vasitəçilərin bu qanunsuzluğa etiraz etməməsi onların işğala və işğalçıya açıq dəstək vermələri anlamına gəlir. Onsuz da Rusiyanın son bir ayda sülhyaratma mandatına zidd olaraq işğalçı Ermənistana 400 tondan çox silah və sursat verməsinin Azərbaycan ictimaiyyətində ciddi narazılıq və kəskin etiraz doğurduğunu diqqətə çatdıran Azay Quliyev bildirib: “Bütün bunlara rəğmən, biz diplomatik kanallardan və beynəlxalq tribunalardan istifadə edərək Azərbaycanın kifayət qədər haqlı və əsaslandırılmış bu narahatçılığını daha sərt şəkildə hər üç ölkənin Xarici İşlər nazirliyinin diqqətinə çatdırmalı və onlardan məsələyə konkret münasibət bildirmələrini istəməliyik. Əlbəttə, onların Azərbaycanın bu haqlı tələbinə obyektiv və ədalətli reaksiya verəcəyini heç kim gözləmir, çünki cəmiyyətdə ATƏT-in Minsk qrupunun həmsədrlərinə inam və etimad qalmayıb. Buna baxmayaraq, həmsədrlərə təzyiqi maksimum dərəcədə artırmalı, onların ədalətliliyini və obyektivliyini davamlı olaraq sorğulamalıyıq.

Əgər ATƏT-in Minsk qrupunun həmsədrləri bu qanunsuzluğa tam olaraq göz yumsa, ona bu və ya digər formada münasibət bildirməsə, o zaman onlar münaqişənin sülh yolu ilə həllinə vasitəçi olmaq hüququnu birdəfəlik itirəcəklər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO