SİYASƏT


ATƏT-in insan ölçüsü üzrə görüşündə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışılacaq

Bakı, 14 sentyabr, AZƏRTAC

Milli Məclisin deputatı Rövşən Rzayev Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) insan ölçüsü üzrə növbəti illik görüşü çərçivəsində qaçqınların və məcburi köçkünlərin məsələlərinə həsr olunan işçi sessiyada iştirak etmək üçün sentyabrın 17-dən Polşanın paytaxtı Varşavada səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, deputat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bunun nəticəsində öz yurdundan didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı həqiqətləri toplantı iştirakçılarının diqqətinə çatdıracaq.

Səfər sentyabrın 19-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.