SİYASƏT
AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN NÜMAYƏNDƏLƏRİ BERLİNDƏKİ AZƏRBAYCAN DİASPORU İLƏ GÖRÜŞMÜŞDÜR
Dəyirmi masada Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin müdafiə edilməsinin dünyada, Avropada, o cümlədən Almaniyada yaşayan və diaspor şəklində təşkilatlanan hər bir soydaşımızın ümdə vəzifəsi olması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Almaniya və Avropanın digər ölkələri ilə dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi, Azərbaycan Cəmiyyətləri və dərnəklərinin fəaliyyətinin gücləndirilməsi, diasporumuzun daha da mütəşəkkil formada təşkilatlanması işinə Avropa Azərbaycan Konqresinin dəstək və yardımı kimi vacib məqamlar diqqət mərkəzində olmuşdur.
Almaniyada fəaliyyət göstərən cəmiyyət və dərnəklər arasındakı mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və sıx əməkdaşlığın Konqresin rəhbərliyi altında vahid mərkəzdən koordinə olunması barədə də fikir mübadiləsi aparılmışdır.
Cəmiyyət və dərnəklərin Konqresin himayəsi, dəstəyi və koordinəsi altında yekdil, işlək qurumlar şəklində fəal strukturlara çevriləcəyi, Almaniya və Azərbaycan arasında iqtisadi, mədəni əlaqələrin yaranması üçün Almaniya ictimaiyyətinin də bu işə cəlb olunmasının məqsədyönlülüyü arzu olunmuşdur.
Yaxın gələcəkdə Avropa Azərbaycan Konqresi ofisinin, İnternet-saytının açılması və Berlin TD-1 televiziya kanalında Azərbaycanla bağlı verilişlərin təşkilinin zəruriliyi qeyd olunmuşdur.