Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI SƏDRİNİN MÜAVİNİ VƏ BÜRO ÜZVÜ İLHAM ƏLİYEVİN ÇIXIŞI

Hörmətli cənab sədr! 

Xanımlar və cənablar!

Hər şeydən əvvəl, mən məruzəçiyə minnətdarlığımı bildirmək istərdim. Çox əhatəli olan bu məruzə hazırda Xəzər regionunda baş verən prosesləri tamamilə əks etdirir. Eyni zamanda, məruzədə gələcəkdə görüləcək işlər də tam əksini tapmışdır.

Azərbaycan dünyada ilk dəfə neft hasil edən ölkədir. Azərbaycan həm də dəniz yataqlarından ilk dəfə neft çıxaran ölkə kimi tanınır. Bu gün isə, dövlət müstəqilliyi qazandıqdan sonra ölkəmiz xarici sərmayələri Xəzər dənizinə cəlb etməyin pioneridir. Azərbaycan həm də beynəlxalq miqyasda tanınan, sayılan neft şirkətləri ilə birgə işləməkdə də region ölkələri arasında birinci olmuşdur. Azərbaycan həm də o ölkədir ki, əslində, Xəzər dənizini beynəlxalq neft şirkətləri və xarici sərmayələr üçün açmışdır.

1994-cü ildə ölkəmiz beynəlxalq neft şirkətləri ilə pay bölgüsü müqaviləsi imzaladı. Sonradan bu “Əsrin müqaviləsi” adlandırıldı. O vaxtdan bəri Azərbaycan xarici tərəfdaşları ilə pay bölgüsünə dair 20-dən çox müqavilə imzalamışdır. Bu müqavilələrə əsasən, ölkəmizə 50 milyard dollardan artıq sərmayə qoyulacaqdır. Ölkəmizdə əlverişli sərmayə mühiti yaradılmışdır. Xarici sərmayələrin Azərbaycan qanunvericiliyi ilə qorunması, ölkəmizdəki ictimai-siyasi sabitlik həmin mühitin yaranması üçün əsas amil olmuşdur. Məhz bunun nəticəsində ötən qısa müddət ərzində Azərbaycanın neft və qaz sektoruna 5 milyard dollar birbaşa sərmayə qoyulmuşdur. Növbəti 2-3 ildə daha 10 milyard dollar sərmayə qoyulacağı gözlənilir. Yeri gəlmişkən deyim ki, Azərbaycan adambaşına düşən xarici sərmayənin həcminə görə keçmiş Sovet İttifaqı məkanında, habelə Şərqi və Mərkəzi Avropanın bir sıra ölkələri arasında liderdir. Bu liderliyi hələ 5 ildən artıq müddətdə də saxlayacağımız gözlənilir.

Neft sahəsindəki inkişaf iqtisadiyyatımızın ümumi yüksəlişinə də imkan vermişdir. Son altı il müddətində yerli məhsulların istehsalında 60 faizdən çox artım müşahidə olunur. Əlbəttə, ümid edirik ki, neft yataqlarının işlənilməsi və hasil ediləcək neftin nəqli gələcəkdə ölkəmizin daha da inkişafı üçün yaxşı və möhkəm iqtisadi zəmin rolunu oynayacaqdır. Biz həm də ümid edirik ki, Xəzər dənizinin hüquqi statusu tezliklə həll olunacaqdır. Eyni zamanda düşünürük ki, bu həll kiminsə hesablamalarına, illüziyalarına, arzularına deyil, dünyada qəbul olunmuş beynəlxalq praktikaya, ədalətə əsaslanacaqdır.

Xəzəryanı hər hansı ölkə kimi, Azərbaycan da özünün enerji ehtiyatlarını inkişaf etdirmək hüququna malikdir və dediyim kimi, 1994-cü ildən bəri bu hüququnu əsas tutaraq işləyir. Xəzərin Azərbaycan sektoruna cəlb olunmuş çox böyük həcmdə sərmayələr barədə yuxarıda xatırlanan rəqəmlər onu göstərir ki, ölkəmizin bu mövqeyi beynəlxalq aləm tərəfindən qəbul olunur və haqlı hesab edilir. Yeri gəlmişkən deyim ki, mən kiminsə çıxışına şərh vermək istəmirəm. Amma aydınlıq gətirmək istəyirəm ki, Xəzər dənizinin sektorlara bölünməsi barədə Azərbaycanın təklifinin özü də 1994-cü ildə verilmişdir. Daha sonra bu təklif Rusiya tərəfindən də qəbul olundu və Azərbaycan ilə Rusiya arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında imzalanmış ikitərəfli sazişdə öz əksini tapmışdır. Bu, əməkdaşlığımızın çox gözəl nümunəsidir. Burada çıxış edən Rusiya nümayəndələrindən kimsə bu barədə ölkəsinin rəsmi mövqeyini bilmirsə, öz mövqeyindən çıxış etsin. Rusiyanın rəsmi mövqeyindən çıxış etməsin, çünki Rusiyanın rəsmi mövqeyi fərqlidir. Bəlkə də, mən bunu sizə deməməli idim, ancaq, sadəcə, düşündüm ki, məsələyə aydınlıq gətirmək lazımdır.

Nefti beynəlxalq bazarlara daşımaq üçün bizə boru kəməri lazımdır. Azərbaycan okeana çıxışı olmayan qapalı ölkədir. Boru kəməri olmasa, bizim enerji daşıyıcılarımızı dünya bazarına çıxarmaq mümkün deyildir. Artıq indi işləyən iki boru kəməri vardır – biri Rusiyaya, digəri Gürcüstana çəkilmişdir. Üçüncü, əsas ixrac boru kəmərinin tikintisinə başlanmışdır və Azərbaycanın yataqlarından çıxarılacaq neft Gürcüstan ərazisindən keçməklə, Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına çatdırılacaqdır.

Türkiyəyə, daha sonra Yunanıstana və oradan da Avropanın digər ölkələrinə qaz nəql etməklə bağlı planlarımız da var. İndi danışıqlar prosesindəyik. Ümid edirəm ki, bu danışıqlar uğurla başa çatacaqdır.

Çıxışımın sonunda demək istərdim ki, Azərbaycanın son 10 ildə həyata keçirdiyi neft strategiyası özünün düzgün olduğunu sübut etdi. Artıq yaxşı iqtisadi nəticələr əldə edilib və bu, gələcəkdə xalqımıza firavanlıq, regionumuza təhlükəsizlik gətirəcək və ölkəmizin müstəqilliyini daha da möhkəmləndirəcəkdir. Çox sağ olun.

 

X X X

Azərbaycan deputatları müzakirələrdə fəal iştirak etmişlər. Gültəkin Hacıyeva çıxışında demişdir ki, Xəzərin enerji ehtiyatlarından səmərəli istifadə olunması region ölkələri ilə yanaşı, bütün Avropanın iqtisadi maraqlarına xidmət edir. Enerji ehtiyatlarından istifadə region ölkələrində iqtisadiyyatın inkişafına, sosial problemlərin həllinə istiqamətləndirilmişdir. Təəssüf ki, Xəzər regionunda mövcud olan problemlər, ilk növbədə ərazi iddiaları ilə müşayiət edilən münaqişələr qlobal əhəmiyyətə malik neft və qaz layihələrinin təhlükəsizliyini şübhə altına alır, regionun gələcək inkişafı və tərəqqisi təhlükə qarşısında qalır.

Deputat daha sonra demişdir ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə, bir milyon qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, ölkəmiz Xəzərin enerji ehtiyatlarından istifadə sahəsində müstəqil siyasi mövqe nümayiş etdirir ki, bu da regiona xarici sərmayələrin cəlb olunmasına imkan yaratmışdır. Azərbaycandan fərqli olaraq, Ermənistan təcavüzkar siyasəti ilə özünü regional layihələrdən kənarda qoymuşdur.

G.Hacıyeva vurğulamışdır ki, Xəzərin enerji ehtiyatlarından daha səmərəli istifadə edilməsi üçün Avropa Şurası münaqişələrin həlli yolu ilə regionda sülhün və sabitliyin bərqərar olmasına, enerji layihələrinin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının daha yaxından iştirakına nail olmalıdır.

Milli Məclisin deputatı Asim Mollazadə də müzakirələrdə çıxış etmişdir.

X X X

Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü İlham Əliyev həmin gün “Atılmış uşaqların vəziyyətini yaxşılaşdırmaq haqqında” məsələ müzakirə olunarkən iclasa sədrlik etmişdir. Azərbaycan nümayəndəsinə göstərilmiş bu etimad Prezident Heydər Əliyevin başçılığı ilə respublikamızın bütün dünyada müstəqil və demokratik bir dövlət kimi tanındığını və onun beynəlxalq aləmdə nüfuzunun günbəgün yüksəldiyini bir daha əyani şəkildə sübut edir.

AŞPA sədrinin müavini və Büro üzvü İlham Əliyev həmin gün Azərbaycan televiziyasına, Lider telekanalına, Ukraynanın “2000” və “Delovaya nedelya - FT” qəzetlərinə müsahibələr vermişdir.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib