İQTİSADİYYAT


AZAL Monteneqroya çarter reyslərinə başlayır

Bakı, 23 may, AZƏRTAC

“Azərbaycan Hava Yolları” aviaşirkəti turoperator “PAŞA Travel” ilə birgə yenidən Monteneqroya çarter reyslərinin yerinə yetirilməsinə başlayacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, AZAL və “PASHA Travel” 2022-ci ilin yay uçuş cədvəli çərçivəsində Monteneqroya çarter proqramının bərpası barədə razılığa gəlib. Belə ki, iyunun 30-dan sentyabrın 1-dək Bakı-Tivat-Bakı marşrutu üzrə reyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.

Monteneqronun müasir kurort şəhəri olan Tivat Vrmas yarımadasında Boka-Kotor körfəzinin sahilində yerləşir. Tivat Beynəlxalq Hava Limanı – Monteneqro sahilində yeganə hava limanıdır və onun ən məşhur kurortları yaxınlığında yerləşir.

Bu istiqamətin əsas üstünlüklərindən biri Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsidir.

Bakı-Tivat-Bakı marşrutu üzrə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür. Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kiloqrama qədər ekonom sinfində və 32 kiloqramda biznes sinfində), həmçinin tam çeşiddə soyuq və isti qidalar daxildir.

Monteneqroya turizm paketləri, həmçinin Azərbaycanın bütün turizm agentliklərində satışa çıxarılır.

AZAL və “PASHA Travel” 2017-ci ildən bu istiqamət üzrə uğurla əməkdaşlıq edir.

Həmin reyslərdə daşıma üçün müəyyən edilmiş şərtlərə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Monteneqroya getməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkəyə daxil olarkən qüvvədə olan qaydalarla aşağıdakı link vasitəsilə tanış olmaq tövsiyə olunur: https://www.azal.az/az/information/covid-montenegro.

Azərbaycana giriş qaydaları haqqında məlumatla https://www.azal.az/ru/information/covid-azerbaijan linkindən ətraflı tanış olmaq olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.