İQTİSADİYYAT


AZAL iyulda Bakıdan Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayacaq

Bakı, 22 iyun, AZƏRTAC

“Azərbaycan Hava Yolları” aviaşirkəti marşrut şəbəkəsini inkişaf etdirməyə davam edərək, iyul ayında Bakıdan Gürcüstanın paytaxtı Tbilisi şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslər aviaşirkət tərəfindən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys iyulun 1-də baş tutacaq. AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az  saytında və aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.

Bakı-Tbilisi-Bakı istiqamətində, eyni zamanda “Buta Airways” aşağıbüdcəli aviaşirkəti hər gün iki dəfə uçuşlar həyata keçirir.

Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək. Gürcüstana səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl ölkəyə daxilolma qaydaları ilə tanış olmaq tövsiyə olunur: https://www.azal.az/ru/information/covid-georgia .

Azərbaycana giriş qaydaları haqqında məlumatla buradan tanış olmaq mümkündür: https://www.azal.az/ru/information/covid-azerbaijan .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.