SİYASƏT
AZƏRBAYCANDA DİNİ TOLERANTLIQ YÜKSƏK SƏVİYYƏDƏDİR
Azərbaycanda dini etiqad azadlığına hörmət edildiyini, müxtəlif dini cərəyanların mövcud olduğunu bildirən Elmar Məmmədyarov ölkəmizdə dini azlıqların, o cümlədən çox sayda xristian və yəhudilərin əsrlər boyu birgə yaşadığını, öz təriqətlərinə azad şəkildə sitayiş etdiklərini demişdir. O, bu yaxınlarada ölkəmizə səfər etmiş bir sıra dünya yəhudi təşkilatları rəhbərlərinin buradakı tolerantlığı yüksək qiymətləndirdiklərini qonağın diqqətinə çatdırmışdır.
E.Məmmədyarov Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğal edilməsi, işğal altındakı ərazilərdə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti barədə məlumat vermişdir. Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi terror aktlarına toxunan nazir, terrorizmin dini mənsubiyyətinin olmadığını vurğulamışdır.
BMT təmsilçisi xüsusi məruzəçi kimi hər hansı ölkəyə yalnız hökumətin dəvəti ilə səfər etdiyini bildirmiş, dəvətə görə minnətdarlıq etmişdir. Azərbaycanda dini tolerantlığın mövcudluğunu bildirən qonaq, onun xüsusi məruzəçi olaraq respublikamıza dəvət olunmasını bunun təsdiqi kimi dəyərləndirmişdir.
A.Cahangirin gender məsələləri ilə bağlı sualına cavabında ölkəmizdə qadın məsələləri ilə məşğul olan qurumun fəaliyyət göstərdiyini bildirən nazir, bu məsələdə həmin təşkilatla əməkdaşlıq qurmağı tövsiyə etmişdir.