İQTİSADİYYAT


AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATI ÜZRƏ TƏDQİQATLARA YARDIM GÖSTƏRİLƏCƏKDİR

Asiya İnkişaf Bankı Azərbaycanın quraqlıq zonalarında kənd təsərrüfatı tədqiqatları aparılması üzrə Beynəlxalq Mərkəzə vəsait köçürəcəkdir. Mərkəzin mütəxəssisləri Azərbaycanın kollektiv və özəl təsərrüfatlarında keçirəcəyi seminarlar kəndlilərə su ehtiyatlarından və gübrələrdən səmərəli istifadə üçün faydalı olacaqdır.

Bankdan AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, Azərbaycana ediləcək bu yardım Bankın Asiya qitəsində ərzaq təhlükəsizliyinin təmin olunması üzrə ümumi proqramı çərçivəsində həyata keçirilir. Hazırda bu proqram regionun 14 ölkəsində reallaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.