İQTİSADİYYAT
AZƏRBAYCANDA SƏNAYE ƏHƏMİYYƏTLİ QIZIL YATAĞI İSTİFADƏYƏ VERİLƏ BİLƏR
İngiltərə-Hindistan “İsbat” transmilli korporasiyası bu yatağa böyük maraq göstərir. Korporasiyanın mütəxəssisləri yatağın yerləşdiyi ərazidə bir neçə dəfə olmuş, buradan götürülmüş filiz nümunələrini yoxlamış və müsbət nəticələr almışlar.
“İsbat” korporasiyası, həmçinin Daşkəsinin dəmir filizi yataqlarının istismarına başlamaq niyyətindədir. Biri digərinə yaxın olan yataqların işə düşməsi üçün burada hər cür şərait vardır. Xarici mütəxəssisləri cəlb edən burada həm də yaxınlıqda filiz saflaşdırma fabrikinin, dəmir yolu stansiyasının, asma buraz yolunun, yüksək gərginlikli elektrik xəttinin, kifayət qədər hazırlıqlı işçi qüvvəsinin olmasıdır. Hazırda transmilli korporasiyanın mütəxəssisləri respublikamızın müvafiq təşkilatları ilə danışıqlar aparır, gələcək əməkdaşlığın şərtlərini müzakirə edirlər.