RƏSMİ XRONİKA
AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV İLƏ TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞAN ARASINDA TELEFON DANIŞIĞI OLMUŞDUR
AZƏRTAC-a daxil olmuş məlumata görə, oktyabrın 16-da Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Baş naziri İlham Əliyevə telefonla zəng etmişdir.
Cənab Rəcəb Tayyib Ərdoğan Baş nazir İlham Əliyevi Azərbaycanda prezident seçkilərinin uğurla başa çatması və onun seçicilərin böyük əksəriyyətinin dəstəyini qazanması münasibətilə ürəkdən təbrik etmişdir.
Baş nazir İlham Əliyev təbrikə görə minnətdarlığını bildirmişdir.
Söhbət zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etdirilməsi və dərinləşdirilməsinin zəruriliyi vurğulanmış, hər iki tərəfi maraqlandıran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılmışdır.