RƏSMİ XRONİKA
AZƏRBAYCANIN LATVİYADAKI SƏFİRLİYİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də ölkəmizin Latviya paytaxtındakı səfirliyinə gəlmişdir.
Səfirliyin əməkdaşları dövlətimizin başçısını böyük səmimiyyətlə qarşıladılar.
Səfir Tofiq Zülfüqarov ABŞ, Fransa və digər inkişaf etmiş ölkələrin səfirlikləri ilə qonşuluqda yerləşən binanın tarixi, səfirliyin əməkdaşları üçün yaradılan şərait barədə məlumat verdi.
Prezident İlham Əliyev ayrı-ayrı otaqlara baş çəkdi, diplomatlara tövsiyə və tapşırıqlarını verdi, işlərində uğurlar arzuladı və onlarla xatirə şəkli çəkdirdi.