İQTİSADİYYAT


AZƏRBAYCANIN VALYUTA EHTİYATLARININ HƏCMİ 777,22 MİLYON ABŞ DOLLARINA ÇATMIŞDIR

Milli Bankın valyuta ehtiyatları 2004-cü ilin ilk 5 ayı ərzində 777,22 milyon ABŞ dollarına çatmışdır.

Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bankın sərəncamında olan məcmu valyuta ehtiyatlarının həcmi 2004-cü ilin ilk 5 ayı ərzində ilin əvvəli ilə müqayisədə (757,1 milyon ABŞ dolları) 2,66 faiz artaraq, Azərbaycan üçün rekord səviyyəyə - 777,22 milyon ABŞ dollarına çatmışdır.

2004-cü ilin ilk 5 ayı ərzində BVF-nin kreditləri üzrə əsas borcun qaytarılmasına və faiz borclarının ödənilməsinə 31,83 milyon ABŞ dolları həcmində vəsait sərf olunmuşdur. Beləliklə, nisbi artım 50 milyon ABŞ dollarından çox olmuşdur. Valyuta ehtiyatlarının artımı əsas etibarilə daxili valyuta bazarında alışlar hesabına baş vermişdir.

Manatın ABŞ dollarına rəsmi məzənnəsi üzən-tənzimlənən rejimdə 14 manat, yəni 0,28 faiz güclənərək hesabat dövrünün sonuna 4909 manat təşkil etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.