SİYASƏT


AZƏRBAYCANLA RUSİYA ARASINDA MƏDƏNİ ƏLAQƏLƏR DAHA DA İNKİŞAF EDƏCƏKDİR

Aprelin 1-də Milli Məclisin sosial siyasət məsələləri daimi komissiyasının iclası keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2004-2006-cı illər üçün humanitar sahədə əməkdaşlıq Proqramı”, “Dövlət rüsumu haqqında”, eləcə də “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihələri müzakirə olunmuşdur.

Komissiyanın sədri Hadi Rəcəbli demişdir ki, Azərbaycan və Rusiya arasında humanitar sahədə əməkdaşlığa dair Proqram iki ölkə arasında elmi, texniki, mədəni əməkdaşlığı gücləndirəcəkdir.

Qanunlara təklif olunan əlavələr və dəyişikliklər müzakirə olunduqdan sonra layihələrin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.