AZƏRBAYCAN DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU BEYNƏLXALQ TƏŞKİLATA ÜZV SEÇİLMİŞDİR

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan AZƏRTAC-a bildirmişlər ki, Beynəlxalq Sosial Sığorta Assosiasiyasının Cenevrədə keçirilmiş iclasında ölkəmizin Sosial Müdafiə Fondu həmin təşkilatın tamhüquqlu üzvü seçilmişdir.

Azərbaycan hökumətinin iqtisadi sahədə, o cümlədən pensiya sistemindəki islahatları, fondun fəaliyyəti həmin beynəlxalq təşkilat tərəfindən yüksək qiymətləndirilmiş və ölkəmizdə sosial sahənin inkişafında əhəmiyyətli rol oynayacaq qərarın qəbul edilməsinə səbəb olmuşdur.

Keçən əsrin əvvəllərində təsis edilən beynəlxalq təşkilatın əsas məqsədi əhalinin sosial müdafiəsi sahəsində vahid dünya siyasətinin həyata keçirilməsindən, bu siyasətin beynəlxalq, regional və milli iqtisadiyyatlara uyğunlaşdırılmasından, eləcə də mövcud sosial sığorta sistemlərinin təkmilləşdirilməsindən ibarətdir. Dünyanın 148 dövlətindən sosial müdafiə məsələləri ilə məşğul olan 275 təşkilat Beynəlxalq Sosial Sığorta Assosiasiyasının həqiqi üzvü, 107 təşkilat üzvlüyə namizəddir.

Assosiasiyanın baş katibi həmin təşkilatda Azərbaycanı təmsil edəcək Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümova təbrik məktubu və bu ilin sentyabrında Pekində keçiriləcək sessiyada iştirak üçün dəvət göndərmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.